Xəmiraşı bəylər aşı, umac onun yoldaşı.

Lit. A buckwheat porridge is our mother, but rye bread is our father. Гречневая каша - матушка наша, а хлебец ржаной - вовсе отец родной.
xəmir kimi (yorğun, əzgin)
Xəmiri bir yerdə yoğrulubdur.
OBASTAN VİKİ
Umac
Umac - Azərbaycanın milli yeməyi. Un - 50 q, Ərinmiş yağ - 20 q, Yumurta - 1 ədəd, Baş soğan - 18 q, Nanə qurusu- 1,0 q Zəfəran - 0,1 q Duz Unun üstuna duzlu su ilə çalınmış yumurta çələnir və un ovuşdurulur. Bu zaman xırda xəmir qırıntıları alınır. Yağda qızardılmış soğan suda qaynadılır, xəmir qırıntıları ələkdə silkələnib, artıq undan azad edilir və qaynar bulyona tökülərək, arası kəsilmədən qarışıdırılır. Süfrəyə verildikdə umaca zəfəran şirəsi vurulur, üstünə nanə səpilir.
Xəmiraşı
Qoyun əti – 163q. Buğda unu – 35q. Yumurta −1/4 ədəd. Ərinmiş yağ – 10q. Ağ lobya – 20q. Şərab sirkəsi – 10q. Baş soğan – 20q. keşniş – 20q. Quru nanə – 1q. İstiot – zövqə görə.
Bəylər
Bəylər — Azərbaycanda daha çox işlədilən ad və təxəllüs. Bu adı olan tanınmış insanlar Bəylər Eyyubov —Azərbaycan Respublikası Təhlükəsizlik Xidmətinin rəisi,general-polkovnik Bəylər Ağayev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Bəylər Məmmədov — “Hərbi xidmətlərinə görə ” medalı ilə təltif edilmiş şəhid. Bəylər Aslanov — Azərbaycanlı alim, geologiya-minerologiya elmləri doktoru. Bəylər Hacıyev — Bakı Dövlət Universitetinin İngilis dili kafedrasının dosenti. Tarzən Bəylər — el sənətkarı, xalq musiqiçisi. Bu təxəllüsü olan tanınmış insanlar Aygün Bəylər — "Əməkdar artist" (2002) Mirzə Bəylər — El şairi Anar Bəylər — Müğənni Yaşayış məntəqələri Bəylər (Saatlı) — Azərbaycanın Saatlı rayonunda kənd. Bala Bəylər — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Böyük Bəylər — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Digər Bəylər məscidi — İçəri Şəhərdə məscid.
Aşı sumaq
Aşı sumaq (lat. Rhus coriaria L.) — Sumaxkimilər (Anacardiaceae Lindl.) fəsiləsinə aid bitki növü. == Qısa morfoloji təsviri == 2–3 m hündürlüyündə, 15-20 sm diametrində, azbudaqlı, xırda ağac və ya koldur. Yaşlı ağacların gövdəsinin qabığı bozumtul rəngli, dayaz, qeyri-bərabər çatlıdır. Cavan zoğlarının qabığı açıq-şabalıdı rəngli, qumral tükcüklərlə örtülüdür. Yarpaqları təklələkvari, növbəli düzülmüşdür, 12(10)-20 sm uzunluğundadır. Çiçəkləri müxtəlifcinsli xırda, birillik zoğların ucunda ehramşəkilli süpürgəvari çiçək qrupunda toplanmışdır. Meyvəsi çox bərk, qonur-qırmızı rəngli, yumru olub, qırmızımtıl vəzicikli tükcüklərlə örtülüdür, 5–6 mm diametrindədir. ==== Yarpaq ==== Yarpaqlarının uzunluğu 12-22 sm olub, qışda töküləndir, növbəli düzülmüş, tək lələkvaridir, 9-17ədəd yarpaqcıqdan ibarətdir, dar qanadlı oxun yuxarı hissəsində; yarpaqcıqların uzunluğu 3-6 sm olub, oturaqdır, uzunsov-neştərvari, uzunsov-yumurtaşəkilli və ya yumurtaşəkillidir, kənarları mişarvari-dişcikli və ya küt-dişcikli, demək olar ki, dairəvi-dişlidir üst tərəfdən tünd-yaşıl, alt tərəfdən tutqun-yaşıl, bəzən bozumtul-ağ rəngdə olur, hər iki tərəfdən və ya əsasən alt tərəfdən qısa tükcüklü, təpə hissədə sivriləşmiş və ya kütdür. ==== Çiçək ==== Çiçəkləri müxtəlifcinsli, xırda, yaşılımtılağ rəngdədir və təpə hissədə piramidaşəkilli süpürgəvari çiçək qrupunda toplanmışdır.
Aşı sumağı
Əvəlik aşı
Aygün Bəylər
Aygün Aydın qızı Hümmətova və ya səhnə adı ilə Aygün Bəylər (22 avqust 1975, Bakı – 6 yanvar 2024, Ankara) — azərbaycanlı müğənni, Azərbaycan Respublikasının əməkdar artisti (2002). == Həyatı == Aygün Hümmətova (Bəylər) 22 avqust 1975-ci ildə Bakıda anadan olub. Ailədə 6 uşaq olublar. İlk musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb. Uşaqlıq dostu olan Rəsul Vilayətlə nikahda olub. 2009-cu ildə Canan adlı qızı dünyaya gəlib. === Ölümü === 6 yanvar 2024-cü ildə ölümü ilə bağlı xəbərlər yayılsa da, Mədəniyyət Nazirliyi bu xəbərləri təkzib edib. Vəziyyətinin ağır olduğu, saat 22:50-də Ankara-Bakı reysi ilə Azərbaycana gətiriləcəyi açıqlanıb. Bir neçə saat sonra Mədəniyyət Nazirliyi Aygün Bəylərin Ankara şəhərində vəfat etdiyini təsdiqləyib. Faktı Aygün Bəylərin prodüseri də qəbul edib.
Bala Bəylər
Bala Bəylər — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Böyük Bəylər
Böyük Bəylər — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Bəylər (Saatlı)
Bəylər — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Saatlı rayonunun Əlisoltanlı kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Bəylər kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Saatlı rayonunun Bəylər kəndi Əlisoltanlı kənd inzibati dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Bəylər kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Əhalisi == Əhalisinin sayı 1604 nəfərdir. == Din == Kənddə Bəylər kənd məscidi dini icması fəaliyyət göstərir.
Bəylər Aslanov
Bəylər Aslanov (16 mart 1957, Laçın rayonu) — Azərbaycanlı alim, geologiya-minerologiya elmləri doktoru. == Həyatı == Bəylər Aslanov 16 mart 1957-ci ildə Azərbaycan Respublikası, Laçın rayonu, Fərəcan kənd sovetliyinin Səfian kəndində anadan olmuşdur. 1975-ci ildə Laçın şəhər orta məktəbini qurtararaq həmin ildə M. Əzizbəyov adına Neft və Kimya (hal-hazırda Azərbaycan Dövlət Neft Akademiyası) (hazırkı Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) institutunun geoloji-kəşfiyyat fakültəsinə daxil olmuş, institutu qırmızı dıplomla qurtararaq "Dağ mühəndisi-geofizik" ixtisası almış və həmin institutun aspirantura şöbəsinə qəbul olunmuşdur. 1990-cı ildə "Geofiziki məlumatlara görə Orta Xəzərin dərinlik quruluşu" mövzusunda namizədlik (geologiya-mineralogiya elmləri namizədi), 2010-cu ildə "Azərbaycanın əsas geostruktur elementlərinin tektonikası və onların qravitasiya sahəsində ifadəsi" mövzusunda doktorluq (geologiya-mineralogiya elmləri doktoru) dissertasiyası müdafiə etmişdir. 2007-ci ildə geoloji-geofiziki məlumatların interpretasiyası fənni üzrə ixtisas dosenti elmi adı almışdır. 2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Evlidir, iki övladı var. == Əmək fəaliyyəti == 1975–1984 — M. Əzizbəyov adına Neft və Kimya institutunun tələbəsi; 1976–1978 — SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət; 1978–1982 — Milli Elmlər Akademiyası "Geofizika" Elmi Mərkəzi, texnik; 1982–1983 — Milli Elmlər Akademiyası Geologiya institutu, böyük texnik; 1983–1995 — "Xəzərdənizneftgeofiz-kəşfiyyat" tresti, böyük texnik, geofizik, böyük geofizik; 1995–2004 — "Azərneft-geofizika" tresti (hal-hazırda Kəşfiyyat Geofizikası idarəsi) böyük geofizik, aparıcı geofizik; 2004–2010 — Zəlzələlərin Proqnozu və Öyrənilməsi Elmi-tədqiqat İnstitutu, "Geofiziki tədqiqatlar" laboratoriyasının müdiri, elmi işlər üzrə direktor müavini, paralel olaraq Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Elmi mərkəzində bölmə rəisi (Aspiranturanın direktoru); 04 iyun 2010-cu il tarixdən hal-hazıra qədər Respublika Dövlət Neft Şirkəti, "Neftqazelmitədqiqatlayihə" institutu, "Geoloji-geofiziki məlumatların ümumiləşdirilməsi" laboratoriyasının aparıcı elmi işçisi, sonradan həmin laboratoriyanın müdiri, paralel olaraq Bakı Dövlət Universiteti, "Seysmologiya və Yer təkinin fizikası" kafedrasının dosenti vəzifələrində işləyir. == Elmi fəaliyyəti == 90-dan çox elmi məqaləsi, o cümlədən iki monoqrafiya, iki dərs vəsaiti, iki patenti var. == Elmi istiqaməti == Elmdə müdafiə etdiyi aspektlərdən başqa ilk dəfə isbat etmişdir ki, İran körfəzi nefti ilə Cənubi Xəzər çökəkliyinin nefti arasında tam bağlılıq mövcuddur və Yer qabığının quruluşundan asılı olaraq neftin əsas kütləsi İran körfəzinə "axır".
Bəylər Ağayev
Bəylər Tapdıq oğlu Ağayev (3 fevral 1969, Qaraağac, Qubadlı rayonu – 6 avqust 1992, Laçın rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Bəylər Ağayev 3 fevral 1969-cu il Qubadlı rayonunun Qarağac kəndində doğulmuşdur. O hərbi xidmətini Almaniya Demokratik Respublikasında başa çatdıraraq doğma kəndlərinə qayıtmışdır. 1990-cı ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutuna daxil olur. 1992-ci ildə təhsilini yarımçıq qoyan Bəylər könüllü olaraq Milli Ordu sıralarına yazılır. == Döyüşlərdə iştirakı == Bəylər Ağayevin yüksək bacarığı ilk günlərdən diqqəti cəlb edir və o bölmə komandiri təyin edilir. Bəylər Ağayev Laçın rayonu uğrunda gedən döyüşlərdə fəal iştirak edir. O, Səfiyan, Yuxarı Fərəcan və Aşağı Fərəcan, Mazutlu, Türklər və Suarası kəndlərində düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv etmişdir. 1992-ci ilin avqust ayının 6-sında Bəylər yoldaşları ilə mühasirəyə düşür. Vuruşur və qarşı tərəfi də itkilərə uğratmasına baxmayaraq həlak olue.
Bəylər Eyyubov
Bəylər Həsən oğlu Eyyubov (10 mart 1951, Şirazlı, Vedi rayonu) —Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi. Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini (2003–2020), general-polkovnik. "Vətənə xidmətə görə" ordeninin tam kavaleri. == Həyatı == Bəylər Eyyubov 10 mart 1951-ci ildə Ermənistan SSR-də yerləşən Şirazlı kəndində anadan olmuşdur. == Karyerası == Bəylər Eyyubov 2 iyun 2003-cü ildə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini — Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilmişdir. 16 mart 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib. == Mükafatları == 26.12.1998 — "Azərbaycan Bayrağı" ordeni. 21.08.2010 — 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni.
Bəylər Məmmədov
Bəylər Məmmədov (1924, Şuşa, DQMV – 15 fevral 1991, Bakı) — filoloq, pedaqoq. == Həyat == Bəylər Ağalar oğlu Məmmədov 1924-cü ildə Şuşa şəhərində anadan olmuşdur. İxtisasca stomatoloqdur. Filologiya sahəsində dissertasiya müdafiə etdiyi üçün filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. Alim hekayə və şeirlər yazmışdır Bəylər Məmmədov 15 fevral 1991-ci ildə Bakıda vəfat etmiş, vəsiyyətinə görə Şuşada dəfn edilmişdir. == Yaradıcılığı == Bəylər Məmmədov XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən Xurşidbanu Natəvanın həyat və yaradıcılığının tədqiq etmişdir. Alim ilk dəfə olaraq Natəvanın şair qohumları haqqında da məlumat vermişdir. O, "Natəvanın şair qohumları" kitabında şairənin anası Bədircahan bəyimin, dayıları Kəlbəli xan Müsahibin, Fətəli bəy Halinin, bibiləri Ağabəyim ağa Ağabacının, Gövhər ağanın, əmisi Əbülfət xan Tutinin, əmisi oğlu Cəfərqulu xan Nəvanın, bibisi oğlu Qasım bəy Zakirin yaradıcılıqlarından bəhs etmiş, nümunələr göstərmişdir. Tədqiqatçı Natəvanın övladları Mehdiqulu xan Vəfanın, Mir Həsən Ağa Mirin, Xanbikə xanımın analarının poetik üslubunu davam etdirdiklərini, orijinal qəzəllər qələmə aldıqlarını yazmışdır. == Əsas elmi əsərləri == Xurşid Banu Natəvan.
Bəylər məscidi
Bəylər məscidi — Azərbaycanda İçərişəhərdə yerləşən XIX əsrə aid yerli əhəmiyyətli tarix-memarlıq abidəsi, məscid. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Hazırda məsciddə Müqəddəs əmanətlər muzeyi fəaliyyət göstərir. == Haqqında == === İlk dövrlər === Bəylər məscidi 1895-ci ildə İçərişəhərin şimal qərbində, Şirvanşahlar Sarayının Murad darvazasının yaxınlığında tikilib. Məscid Bakının məşhur bəylərinin sifarişi ilə tikildiyi üçün bu adı qazanıb. Məscidin tikilməsinə Məhəmməd Haşim Əl-Bakuinin oğulları Hacı Baba və Hacı Cavad, eləcə də məşhur milyonçu Murtuza Muxtarov maliyyə ayırıblar. Məscidin memarı Seyid Hüseyn xəttatları isə İbrahim Şirvani, Mir Əli ən-Nağı və Mir Tağıdır. Bu məscid həm də İçərişəhərdə tikilmiş sonuncu məsciddir. Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi.
Bəylər Əyyubov
Bəylər Həsən oğlu Eyyubov (10 mart 1951, Şirazlı, Vedi rayonu) —Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi. Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini (2003–2020), general-polkovnik. "Vətənə xidmətə görə" ordeninin tam kavaleri. == Həyatı == Bəylər Eyyubov 10 mart 1951-ci ildə Ermənistan SSR-də yerləşən Şirazlı kəndində anadan olmuşdur. == Karyerası == Bəylər Eyyubov 2 iyun 2003-cü ildə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini — Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilmişdir. 16 mart 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib. == Mükafatları == 26.12.1998 — "Azərbaycan Bayrağı" ordeni. 21.08.2010 — 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni.
Mirzə Bəylər
Mirzə Bəylər (1837, Zod – 1919) — Göyçəli el şairi. El şairi Mirzə Bəylərin həyat və sənət yolunda atası Kazımın xüsusi rolu vardır. O, özü savadlı, tərəqqipərvər olduğu üçün oğlu Bəylərin təhsilinin qayğısına qalmış, oğlunun ərəb, fars, rus, fransız dillərində mükəmməl təhsil almasına nail olmuşdur. Doğma kəndi Zodda Axund Qafarın yanında 4 il ruhani məktəbində və təxminən 1870–1880-ci illərdə İrəvanda rus-tatar məktəbində, daha sonra Kəvərdə gimnaziyada təhsil almışdır. Çox dil bilməsinə və yaxşı xəttat olmasına görə el arasında ona "Mirzə Bəylər" — deyə müraciət edərmişlər. Qabiliyyəti, istedadı ilə məşhur olan Mirzə Bəylər uzun müddət İrəvan quberniyasının dəftərxanalarında, İqdırda təxminən 19 il general Koçelinin yanında tərcüməçi və katib, Irəvan quberniyasının Məzrə qəza məhkəməsində Boqoslovskinin katibi işləmiş, bundan sonra Türkiyəyə işə göndərilmişdir. Türkiyədə olarkən Məşhəd şəhərinə ziyarətə getdiyinə görə ona Məşədi Bəylər deyə müraciət edirmişlər. M. Bəylər xidmət müddəti başa çatdıqdan sonra Zodda təsərrüfat işləri ilə məşğul olur, eyni zamanda kənddə iki su dəyirmanı inşa edib, camaatın ixtiyarına vermişdir. O, "Molla Nəsrəddin" jurnalının abunəçisi olmuş, şeirin, sənətin, sənətkarın qədrini bilmiş, Mirzə Ələkbər Sabir xəstə olarkən "Molla Nəsrəddin" yurnalı redaksiyasının ünvanına şairin müalicəsi üçün Hacı Əliş Ağa ilə birlikdə 20 manat qızıl pul göndərirlər. Mirzə Bəylər dövrünün aşıqlarından Dədə Ələsgər və Aşıq Hüseyn Şəmkirli ilə dostluq etmişdir.
Tarzən Bəylər
Tarzən Bəylər (XIX əsrin əvvəli—?) — el sənətkarı, xalq musiqiçisi. Onun həyatı və sənəti haqqında məlumat çox azdır. XIX yüzilliyin başlanğıcında Qarabağın Xankəndi şəhərində doğulub və əsrin sonlarında vəfat edib. 10 il Tehran şəhərində təlim almışdır. Bu səbəbdən farsca yaxşı bilirdi. Musiqi elminə kamil yiyələnmişdir. Sonra Bakı şəhərinə gəlib və ömrünün çox hissəsi bu şəhərdə keçib. Deyilənlərə görə evi Böyük Qala küçəsində idi. 1880-cı ildə Bəylər Kutaisiyə köçür. İki il Bakıdakı dost tanışları ondan xəbər tutmurlar.
Antiqona (Peleyin yoldaşı)
Antiqona ( q.yun. Ἀντιγόνη ) — qədim yunan mifologiyasında personaj. Fessaliya Ftiotida padşahı Evrition onu Peleyə həyat yoldaşı kimi verilmiş və o, eyni zamanda padşahlığın üçüncü hissəsini almışdır. Kalidon ovu zamanı Peley təsadüfən Evritionu qətlə yetirmiş və Fessaliyadan qaçmağa məcbur olmuşdur. İolk padşahı Akast Peleyi qətlin çirkabından təmizləmişdir. Sonuncunun həyat yoldaşı Astidamiya Peleyə ehtirasla alovlanmış və rədd edilərək onu zorla ona təcavüz etməkdə günahlandırmışdır. Antiqona ümidsizlikdən özünü asmışdır. Peley daha sonra İolku fəth etmiş, Akastı və onun həyat yoldaşını edam etməklə qisas almışdır.
Peribeya (Polibin yoldaşı)
Peribeya ( q.yun. Περίβοια) — yunan mifologiyasında Korinf tsiklına aid personaj, Korinf padşahının həyat yoldaşı və ya Edipi övladlığa götürən qadın. Peribeya mənbələrdə əsasən Edip hekayəsi ilə əlaqədar olaraq xatırlanır. Peribeya Korinf və ya Sikion padşahı Polibin həyat yoldaşı idi. O, Kiferon yamacında tapılmış bir tənha uşağı övladlığa götürmüş və ona Edip adını qoymuşdur. Peribeya onun mənşəyi haqqında həqiqəti gizlətməyə başlamışdı. Psevdo-Apollodorun təqdim etdiyi versiyaya görə, bir gün Edip həmyaşıdları tərəfindən bu mənşəyə sahib biri adlandırılanda, o, "Peribeyadan bunu soruşmağa başlamış, lakin ondan heç nə öyrənə bilməmişdir".
Ayran aşı (Qəzvin)
Qəzvində bişirilən Ayran aşı Azərbaycanın ənənəvi yeməklərindən biridir ki onda noxud və lobya kimi bitkilər geniş istifadə olunur və bu baxımdan azərbaycanın başqa yerlərində hazırlanan ayaran aşları ilə fərqlənir. Bu yeməyin rəngi yaşıla çalmalıdır.
Ayran aşı (Ərdəbil)
Ayran aşı (Ərdəbil) yaxud Ərdəbil aşı Güney azərbaycan mətbəxinə aid olan ənənəvi yeməklərdən biridir.Bu növ aşın mənşəyi də sırf Ərdəbil şəhəridir. == Ayran aşı (I) == === Lazım olan ərzaqlar === 2 litr ayran 2 litr qatıq 1 ədəd yumurta 1 stəkan düyü 2,3 stəkan çiy noxud 500 qram tərə və keşniş Duz və istiot === Hazırlanma qaydası === İlk olaraq noxudu kifayət qədər su ilə bişirin.Bu şorbanın hazırlanmasında vacib məqam yemək bişirərkən ayran və qatıqdan çəkinməyə çalışmaqdır, buna görə qatığı əl qarışdırıcı ilə qarışdırırıq ki tamamilə vahid olsun.Sonra ayranı yoğurtun üzərinə əlavə edin və qarışdırıcı bərabər olana qədər yenidən əl qarışdırıcı ilə qarışdırın.İndi yumurtanı üzərinə tökün və yumurta tamamilə həll olana qədər əl qarışdırıcı ilə yenidən çalın. Yumurta yemək zamanı mayanı kəsməməyə kömək edir.Şorbanı güclü odun üstünə qoyun və yuyulmuş düyü əlavə edin və qatıq və ayranın kəsilməsinin qarşısını almaq üçün davamlı qarışdırın.Maya qaynadıb sızlamağa başlayana qədər qarışdırmağa davam etməliyik.Bu mərhələdə çox incə və ya çox qaba doğramadığımız tərəvəzləri əlavə edin və odunu biraz azaldın.Tərəvəz bişdikdə, bişmiş noxud əlavə edin və kifayət qədər duz və istiot əlavə edərək, şorbanın hazırlanmasına icazə verin. == Ayran aşı (II) == Bu növ aş ətli küftə ilə yeyilməsinə görə, birinci növ aşdan azda olsa fərqlənir. === Lazım olan ərzaqlar === 1 stəkan düyü 1 ədəd yumurta 2 litr turş qatıq 1,5(bir yarım) stəkan noxud 200 qram çəkilmiş ət 1 doğranmış soğan 2 litr su 0,5 kilo keşniş,tərə və ispanaq (İstəyə görə) 5 ədəd sarımsaq Duz === Hazırlanma qaydası === Əvvəlki aş kimin bişirilir, ancaq ayran və noxudu əlavə edəndən sonra , çəkilmiş ətlər və öncədən doğranıb, qızardılmış soğanları qataraq,kiçik (fındıq qədər) küftə hazırlayıb, şorbaya əlavə etməliyik.
Aşıq Bəylər Qədirov
Aşıq Bəylər Qədirov (tam adı:Qədirov Bəylər Hacı Rəşid oğlu; d. 25 may 1914, Çuxanlı, Salyan rayonu, Azərbaycan – v. 1991, Çuxanlı, Salyan rayonu, Azərbaycan) — Azərbaycan aşığı, aşıq sənətinin "Bülbülü" kimi tanınmış, Şirvan aşıq məktəbinin inkişafında özünəməxsus xidmətləri olmuşdur. == Həyatı == Aşıq Bəylər Qədirov 25 may 1914-cü ildə Salyan rayonunun Çuxanlı kəndində doğulub. O uşaq yaşlarından aşıqlıq sənətinə maraq göstərmiş, yüksək bacarıq və istedadı sayəsində bu sənətin bilicisinə çevirilmişdir. 1938-ci ildən el məclislərdə çıxış edib. Azərbaycan Aşıqlarının II və III Qurultaylarında iştirak edib. Bir sənətkar kimi xidmətləri yüksək qiymətləndirilib, diplom, fəxri fərman və müxtəlif mükafatlara layiq görülüb. 1970-ci illərdə Moskvada "Azərbaycan mədəniyyəti günləri ongünlüyü"ndə iştirak etmişdir. XX əsrdə Şirvan bölgəsində, eləcə də Azərbaycan səviyyəsində tanınan Aşıq Bəylər Qədirov Şirvan aşıq mühitinin ən layiqli nümayəndəsi olmuşdur.
Bəylər Məmmədov (filoloq)
Bəylər Məmmədov (1924, Şuşa, DQMV – 15 fevral 1991, Bakı) — filoloq, pedaqoq. == Həyat == Bəylər Ağalar oğlu Məmmədov 1924-cü ildə Şuşa şəhərində anadan olmuşdur. İxtisasca stomatoloqdur. Filologiya sahəsində dissertasiya müdafiə etdiyi üçün filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. Alim hekayə və şeirlər yazmışdır Bəylər Məmmədov 15 fevral 1991-ci ildə Bakıda vəfat etmiş, vəsiyyətinə görə Şuşada dəfn edilmişdir. == Yaradıcılığı == Bəylər Məmmədov XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən Xurşidbanu Natəvanın həyat və yaradıcılığının tədqiq etmişdir. Alim ilk dəfə olaraq Natəvanın şair qohumları haqqında da məlumat vermişdir. O, "Natəvanın şair qohumları" kitabında şairənin anası Bədircahan bəyimin, dayıları Kəlbəli xan Müsahibin, Fətəli bəy Halinin, bibiləri Ağabəyim ağa Ağabacının, Gövhər ağanın, əmisi Əbülfət xan Tutinin, əmisi oğlu Cəfərqulu xan Nəvanın, bibisi oğlu Qasım bəy Zakirin yaradıcılıqlarından bəhs etmiş, nümunələr göstərmişdir. Tədqiqatçı Natəvanın övladları Mehdiqulu xan Vəfanın, Mir Həsən Ağa Mirin, Xanbikə xanımın analarının poetik üslubunu davam etdirdiklərini, orijinal qəzəllər qələmə aldıqlarını yazmışdır. == Əsas elmi əsərləri == Xurşid Banu Natəvan.
Məşədi Bəylər Fəttahov